Abşerondakı “kürd mafiyası” çökdürülür

Zakir Fərəcovun daha bir önəmli adamına qarşı cinayət işi qaldırıldı

 

Məlum olduğu kimi, son bir həftə ərzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Abşeron rayonunda iki əməliyyat keçirib. Həmin əçəliyyatlar zamanı rayonun icra başçısı Zakir Fərəcovun iki əsas adamına cinayət işi qaldırılıb.

JAM.AZ xəbər verir ki, bu əməliyyatlardan biri ötən həftənin ortaları Abşeron rayon İcra Hakimiyyətinin Tikinti şöbəsinin müdiri Seymur Məmmədova qarşı olub. Belə ki, Məmmədov vətəndaşlardan pul tələb etdiyinə görə saxlanılıb. Haqqında cinyaət işi qaldırılıb.

Qeyd edək ki, sözgedən şəxs Zakir Fərəcovun rayondakı əsas adamlarından biri olmaqla yanaşı, həm də “kassiri” kimi tanınırmış. Rayonda bütün torpaq satışı, tikinti işlərinə icazənin verilməsi, habelə tenderlərin idarə edilməsi məhz Seymur Məmmədovun əlindən keçirmiş. İddia edilir ki, icra başçısın bütün maliyyə işlərini də Məmmədov həyata keçirirmiş. Onun bu qədər irəliyə getməsin isə kürd əsilli olması ilə izah edilir.

JAM.AZ xəbər verir ki, KQMİ-nin keçirdiyi ikinci əməliyyat isə Abşeronun Təhsil Şöbəsinin vəzifəli şəxslərinə qarşı olub. Bu şöbəyə son illər adı bir sıra qalmaqallarda hallanan Nadir Ağayev rəhbərlik edir. Zakir Fərəcovun ən yaxın “silahdaş”larından olan Ağayevin korrupsiyada ittiham olunması isə icra başçısına qarşı yeni bir prosesin başlandığını göstərir. Çünki rayonun təhsil sahəsinə nəzarət edən sözegdən şəxsin böyük gəlirlər əldə etdiyi elə orada keçirilən tenderlər üçün nəzərdə tutulmuş pulların miqdarından da məlumdur.

Bundan əlavə, Nadir Ağayevin orta məktəb direktorlarından pul yığması, habelə məktəbli geyimlərini satmaqdan tutmuş, jurnal alverinə qədər hər işdə əli olduğu kimsəyə sirr olan məsələ sayılmır. Elə qaldırılmış cinayət işində də söhbət məhz məktəbli formalarının satılmasından gedib. Halbuki bu geyimlər elə Nadir Ağayevlə Zakir Fərəcovun şərikli biznesi olan sexdə tikilib.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, icra başçısının iki mühüm adamının vurulması səbəbsiz deyil. Belə ki, hakimiyyət dairələri iddialı olan Zakir Fərəcovun rayondakı bütün gəlirli sahələrini əlindən almaqla yanaşı, həm də onun karyerasına son qoymağa başlayıb. Mənbələr iddia edir ki, bu həm də Abşeronda formalaşmış “kürd mafiyası” kimi ad çıxarmış şəbəkənin çökdürülməsi məqsədi daşıyır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS