Abşerondan Suraxaniya transfer olunan Fuad Cəbraylov kimdir?

Abşerondan Suraxaniya transfer olunan Fuad Cəbraylov kimdir?

Son günlər ölkədə olunan məmur “transferləri” bir növ idman transferlərindən heç də seçilmir. Söhbət bu günlərdə Abşerondan Suraxani rayon icra hakimiyyətinə  gizli transfer olunan Fuad Cəbrayılovdan getdir.

Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, baş tutan gizli transfer F. Cəbrayılovu bir necə Abşeron məsələsindən yayındırdı. Belə ki, Abşeronda Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışan Fuad Cəbrayılov qəflətən qardaş Türkiyə Respublikasına yola düşür. Türkiyədə istirahətini davam etdirən F. Cəbrayılova Azərbaycandan ciddi mesaj gedir.

Həmən ərəfədə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs edir. Maddi sübütlar əsasında saxlanılan A. Əliyev barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilir. Bir daha nəzərinizə çatdıraq ki, istintaq davam edir.

Lakin məsələnin ciddiliyini düşünən F. Cəbrayılov ölkəyə qayıdan kimi Abşeron rayon icra hakimiyyətində işləməkdən boyun qaçırır. Maraqlı məqam ondan ibarətdir ki, Fuad Cəbrayılov Abşeron olaylarında bir başa iştirak edən və bütün qanunsuzluqlara imza atan şəxs kimi tanınırdı. Baxmayaraq ki, hazırda Suraxanı rayon icra hakimiyyətində başçının müavin vəzifəsinə transfer olunub.

Növbəti yazılarımızda Fuad Cəbrayılovun Abşeron məcaralarından geniş məlumatlar dərc ediləcək.

Bir daha xatırladaq ki, Suraxani RİH başçsı Əziz Əzizovdur.

DOSYE.ORG

COMMENTS