ABŞ İŞİD-i bombalandı

Döyüş təyyarələri İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatını bombalayıb.

 

ANS PRESS-in məlumatına görə, Mosulun Mahmur mahalı ətrafına yerləşən İŞİD döyüşçülərini ABŞ və ya İraq qırıcılarının vurduğu ehtimal olunur.

Hava hücumları zamanı xüsusilə İŞİD-in silah anbarları və ağır artileriyaları hədəf alınıb. Əməliyyatdan öncə peşmergə və PKK üzvləri hədəf olmamaq üçün ərazidən geri çəkilib.

Qeyd edək ki, bölgədə şiddətli qarşıdurmalar davam edir. Bununla yanaşı PKK və İŞİD arasında da toqquşmalar baş verib.

Silah səsləri, hətta peşmergələrin yerləşdiyi bölgələrdə belə eşidilib.

Səlahiyyətlilər gün boyunca davam edən qarşıdurmalarda nə qədər ölü və yaralı olduğu barədə hələlik bir açıqlama verib.

COMMENTS