Abşeron YPX əməkdaşlarınin fironluğu

Dünən gücə saatlarında Abşeron YPX-nin əməkdaşları tərəfindən, Dosye.az saytının rəhbəri Elman Nigarana qarşı qeyri qanuni hərəkətlərə yol verilib. Belə ki, Elman Nigaran ailə- uşaqla  birlikdə olduğu maşınla Masazır dairəsindən  Sumqayıt istiqamətinə hərəkət etmək istəyən an YPX-nin əməkdaşları Az 10 YP 631 dövlət nömürəli xidməti maşınla onun qarşısını kəsərək polisə yaraşmayan və polis adına ləkə gətirən addımlar ataraq qanunu kobud şəkildə pozulmasına şərait yaradıblar. Yol Polis əməkdaşlarının bu hərəkəti maşında olan azyaşlı uşaqları bərk sarsırtmışdır. Adını dəqiqləşdirmək mümkün olmayan yol polis əməkdaşı Elman Nigarana ” Aqzını nə ayırmısan əəəəə, cəhənnəm olun da”  söyləməsi Azərbaycan vətəndaşına təhqir kimi qəbul edilir. Dəfələrlə  Az 10 YP 631 yol polis xidmətinə məxsüs xidməti maşının yol polis əməkdaşları vətəndaşlara qarşı qeyri-etik davranışları ilə seçiliblər. Dosye.az olaraq inanırıq ki, BDYPİ-dən məsələyə münasibət bildiriləcək. Və qanunu pozan istənilən Azərbaycan vətəndaşı qanun qarşısında cavab verməli olacaq. Araşdırmalarımız davam edir. Bizi izləyin..

COMMENTS