“Abzas Media”nın direktor müavini barəsində həbs qətimkan tədbiri seçilib

“Abzas Media”nın direktor müavini barəsində həbs qətimkan tədbiri seçilib

“Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov barəsində həbs qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində müstəntiqin verdiyi vəsatət təmin edilib və Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Məhəmməd Kekalov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, “Abzas Media” saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru isə Sevinc Abbasova (Vaqifqızı) barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

COMMENTS