AD GÜNÜN MÜBARƏK OLSUN

Bu gün əslən Cəlilabad rayonundan olan çox hörmətli dostum Tayyar Zülfüqarovun  doğum günüdur.

Əlbətdə ki, bu mötəbər gündə Tayyar müəllim haqqında yazmaq olduqca şərəf və fəxirdir. Etiraf edək ki, Tayyar müəllimi yaxından tanıyan hər kəs öz xoş arzularını çatdırır, gələcək işlərində ona uğurlar arzulayırlar.

Təbriklərə qoğulmamaq özü bir qəbahətdir. Bütün xoş arzulara qoşularaq biz də öz növbəmizdə Tayyar müəllimi təbrik edirik. Ömründən bir yarpaq daha düşür və yaxud da düşdü, Tayyar müəllim. 58-ci addımını atmağa hazırlaşırsan. Əziz dostum sənə yalnız uğurlar diləyirəm.

Gələn hər ilin ötən hər ildən qat-qat gözəl, uğurlu olsun. Desəm ki, çətinlik çəkməyəsən elə belə mənasız olacaq. Çünki çətinliyi olmayan insan yoxdu, ona görə də deyirəm ki,  hər bir çətinlikdən, hər bir həyatın sınağından asanlıqla, səbrlə, alnı açıq və mənəvi cəhətdən çox güclü kəçəsən.  Bir daha səni təbrik edirəm. AD GÜNÜN MÜBARƏK…

COMMENTS