Ad gününüz mübarək, Akif müəllim

Bu gün Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun doğum günüdür. Əslən Laçından olan Akif müəllim, bu gün Laçınsız ad gününü qeyd edir.

Bəli, Akif müəllim haqqında danışmaq olduqca şərəfdir və eyni zamanda məsüliyyətli işdir. Vətən qarşısında danılmaz xidmətləri olan Akif Səlimov hər zaman vətənə layiqincə xidmət edib. Məhz onun danılmaz xidmətləri cənab prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi və Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi.

Etiraf edək ki, bu gün Akif müəllim sevərlər üçün əlamətdar gündür. Dosye.org saytın kollektividə belə bir əlamətdar günə qoşulur və öz xoş arzularını çatdırır.

Əzizimiz Akif müəllim, tam məsüliyyətlə deyə bilərik ki, ürəyiniz Laçınla döyünür. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində bütün işğalda olan torpaqlarımız azad ediləcək. Və şad günlərimizi Şuşada, Laçında, Kəlbəcərdə və digər rayonlarda qeyd edərik. Arzu edərdik ki, gələn il ad gününüzü vətənimizin ayrlılmaz hissəsi olan Laçında qeyd edəsiniz. Bu təbrikə Laçın RİH- nin Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev və icra hakimiyyətinin bütün kollektiv qoşulur.

Bir daha ad gününüz mübarək olsun.

Hörmətlə: Dosye.org saytın kollektivi

COMMENTS