Mən, Məmmədli Elnur (Vaqifoğlu) uzun müddətdir ki, mətbuatdan uzaq durmağa, heç bir mətbu fəaliyyətlə məşğul olmamağa çalışsam da, adım müxtəlif xoşagəlməz hadisələrdə qəsdən hallandırılır.
Belə ki, son dönəmlər bəzi mətbu çevrələrdə mənim adımdan istifadə olunaraq ölkənin ən tanınmış professorlarından olan “Təfəkkür” Universitetinin rektoru Müşviq Atakişiyevə, dövlətimizə və dövlətçiliyimizə müstəsna xidmətlər göstərmiş şəxslərə qarşı kompaniya aparılır. Bəzi maraqlı şəxslərin qurduğu və bu günədək uğurla həyata keçirdiyi bu iyrənc kompaniyada adımın bu qərəzin sifarişçisi Riyad Əliyevlə birgə hallanmasını özümə təhqir hesab edirəm. Xatırladım ki, Azərbaycandan qaçaraq Avropada sığınacaq almış köhnə tanışım olan bu şəxs hazırda Avropada Azərbaycana və Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərir. Sosial şəbəkələrdə aksiyalar keçirəcəyinin anonsunu verən Riyad Əliyevlə mənim işbirliyim olmayıb və bundan sonra da ola bilməz. Mətbuat vasitəsiylə mənim adımdan istifadə edərək hörmətli professor Müşviq Atakişiyevə və çox hörmət etdiyim dövlət böyüklərinə qarşı kompaniya aparan şəxslərdən xahişim və tələbim budur ki, bu andan etibarən mənim adımı Riyad Əliyev adlı şəxslə bircə hallandırmağa son qoysunlar. Əks təqdirdə mən hüquqlarımı qanunvericiliyin tələblərinə uyğun formada qorumağa məcbur olacağam.
Sonda bir daha qeyd edim ki, mən uzun müddətdir heç bir mətbu fəaliyyətlə məşğul deyiləm və ancaq Vətəndaş Hüquqları naminə Hüquq Müdafiə təşkilatına rəhbərlik edirəm.
Elnur Məmmədli
COMMENTS