ADP üzvüləri Vəhşicəsinə döyüldülər

Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca istər müxalif cəbhədə istərsədə iqtidar cəbhəsində hərəkətlilik müşayət olunmaqdadlr. Bəzi müxalif partiyalar öz seçki kampanyasını dahada adekvat dahada güclü qurmaq üçün öz üzvülərini bu yöndə cəlb etmişlər.Onuda qeyd edim ki  müxalifətin bu cür təbliğat və təşviqat kampaniyalari Azərbaycan hökümətini narahat etməyə bilmir.Bu günlərdə Azərbaycan demokrat partiasınin yaydığı məlumatda bildirilir ki ADP –nin  fəal üzvüləri olan Tural Məmmədov, Pərvanə Həşimova,  Kamil Cəfərov onlarla birgə olan tanınmış yazarlar Məhəmmədəli Allahverdiyev  və Bəxtiyar Heydərov mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülmüşlər.

Azərbaycan Demokrat Partİyasının yaydığı məlumatda bildirlir ki,partiya üzvüləri olan Tural Məmmədov Pərvanə Həşimova,Kamil Cəfərov köşə yazarları Bəxtiyar Heydərov və Məhəmmədəli Allahverdiyev  16 sentiyabr 2013 tarixində metronun Memar Əcəmi yaxınliğinda gediş gəlişin intensiv olduğu ərazidə partiya lideri Sərdar Cəlaloğlunun təbliğat kampanyasını aparmaqla yanaşı insanlara mintinqə çağrış bukuletləri paylayırlarmış.Hadisə şahidi digər ADP üzvü olan Tural Zeynalovun mətbuat xidmətinə verdiyi məlumata görə bu zaman “ Ceep”markali maşından enən alti mülki geyimli şəxs seçki təbliğati ilə məşqul  ADP üzvülərinə və yazarlara nalayiq sözlərlə təhqir edərək hücüm etməyə başladılar.Aktivisləri vəhşicəsinə döyülməsinə  dözməyən ərazidən keçən insanlar müdaxilə etdikdə isə həmən” qoçu”dəstələri xalqa biz “hökümət”adamlarıyiq bunlar prezdent əleyhinə təbliğat aparirlar deyərək partiya üzvülərini döydülər.Hadisə şahidnin verdiyi məlumata görə yaxinliqda “polis post patrul” xidməti əməkdaşları olsada hadisəyə müdaxilə etmədilər.

Xatırladaq ki hər üç partiya üzvü Azərbaycan Demokrat partiyasının fəal üzvüləridir.Yazıda adları çəkilən tənqidçi yazarlar isə mətbuata kifayət qədər tanınmış hökümətin yalnış siyasətini tənqit etdiklərı üçün hər zaman polis və mülki geyimli şəxslərin basqısı ilə üzləşmişlər.

COMMENTS