Əflatun Amaşov “Qasid” dən “Azadlıq” qəzeti ilə bağlı izahat tələb etdi

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azadlıq” qəzeti ilə “Qasid” firması arasında yaranmış problemlə əlaqədar firmanın rəhbərliyinə müraciət edib.

Bu barədə “Azadlıq”a Əflatun Amaşovun özü məlumat verib.
Mətbuat Şurasının sədri bildirib ki, müraciətdə “Qasid” firmasından “Azadlıq”a olan borcla bağlı izahat istənilib. Həmçinin borcun tezliklə ödənilməsi xahiş olunub.
Xatırladaq ki, “Qasid” firmasının “Azadlıq”a olan borcu 70 min manatdan artıqdır. Firmanın borcu ödəməməsi qəzetdə maliyyə böhranının yaranmasına səbəb olub.

COMMENTS