Əli Kərimli şantaj olundu- YENİLƏNİR

Deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, öz müsahibəsində şəxsi həyatla şantajdan danışıb və bildirib ki, Azərbaycana bu təcrübəni müxalifət liderlərindən biri 1993-cü ildə gətirib. Qeyd edib ki, həmin müxalifət lideri biri qadın olmaqla, iki nəfərin səsini yazdıraraq şantaj edib.

Məsələ ilə bağlı “Qafqazinfo” araşdırma aparıb və məlum olub ki, İ. Ağazadə müxalifət lideri deyərkən AXCP sədri Əli Kərimlini nəzərdə tutur. Belə ki, 1993-cü ilin sonlarında AXC sədrinin müavini olan Ə. Kərimlinin təşkilatçılığı ilə o zaman partiyanın İcraiyyə Komitəsinin sədri olan İbrahim İbrahimlinin gizli səsi yazılıb. Səs yazısını isə jurnalist Natella Asena həyata keçirib. Sonradan bu səs yazısı ilə İ. İbrahimli şantaj edilib. Uzun müddət davam edən daxili qarşıdurma və şantajlardan sonra İ. İbrahimli 1995-ci ildə təşkilatı tərk etmək məcburiyyətində qalıb.

***

Millət vəkili İqbal Ağazadə 1993-cü ildə Ə. Kərimli tərəfindən səsi yazılan adamın partiyanın İcraiyyə Komitəsinin sədri İbrahim İbrahimli olduğu haqda xəbərə münasibət bildirib. O, “Qafqazinfo”ya açıqlamasında bu barədə məlumatı təkzib edib:

“Mən müsahibəmdə İbrahim İbrahimlini nəzərdə tutmurdum, orada bu haqda bir kəlmə də deməmişəm. İbrahimli mənim dostumdur, biz həbsxanada bir yerdə olmuşuq. Müsahibəmdə elə bir məqam yoxdur ki, ona istinad oluna və İ.İbrahimlinin adı çıxarıla. Mən onu nəzərdə tutsaydım ad çəkərdim.

COMMENTS