Əlibəylidə döyüş gedir: yaralılar var

Düşmən 2 Əlibəyli sakinini yaralayıb; kənd 2 saatdan artqıdır ki, ermənilərin intensiv atəşi altındadır

 

“2 saatdan artıqdır ki, fasiləsiz olaraq ermənilər kəndimizi iri çaplı silahlardan atəşə tutur. 2 yaralımız var. Onlardan biri Anya Ələsgərovanın vəziyyəti ağırdır”- bu həyəcanlı xəbəri bir neçə dəqiqə əvvəl Tovuzun Əlibəyli kəndindən almışıq. Kənd sakinlərindən birinin veridyi məlumata görə digər yaralının da vəziyyəti ağırdır. Düşmənin fasiləsiz atəşi nəticəsində 10-a yaxın ev yararsız hala düşüb. Kənd sakini deyib ki, düşmənin mövqeyi Əlibəylini atəş altında saxlamaq üçün əlverişlidir: “Bizim mövqelərimizdən onların kəndlərini adekvat şəkildə atəş altında saxlamaq olmur. Bundan istifadə edirlər. Camaatın mal heyvanı küçələrdə qalıb. Hər kəsə atəş açırlar”. Kənd sakini deyib ki, ordumuz düşmənə cavab verir.

COMMENTS