“Ərdoğan prezident olacaq və…”

“Ərdoğan prezident olacaq və…”

“Ərdoğan prezident olacaq və…”

AKP-nin ikinci şəxsi prezident seçkisi və ondan sonrakı mərhələ üçün nələr planlaşdırdıqlarını elan etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ikinci şəxsi Mehmet Əli Şahin Rəcəb Tayyib Ərdoğanın prezident seşkisində namizəd olacağını rəsmən açıqlayıb.
“Ərdoğan millətə həm də prezident olaraq xidmət edəcək”, – deyə Əli Şahin AKP-nin Şabanözü rayonunda təkrar bələdiyyə sədri seçkisilə bağlı keçirdiyi mitinqdə bildirib.
Əli Şahin çıxışında bunları deyib:
“İndi sırada prezident seçkisi var. Xaricdə bir kampaniya, daxildə də bu kampaniyanın uzantıları istəyirlər ki, Ərdoğan prezident olmasın. Olarsa, nə olar? Nəyə görə əleyhinə çıxırsınız? Onun, xalqımız seçərsə, prezident kürsüsünə oturmasından nəyə görə narahatysınız? Çünki Ərdoğan yaxşı işlər gördü. Ölkənin simasını dəyişdi. Ərdoğanin liderlik etdiyi AKP Türkiyəni irəli çıxardı – səhiyyədə, kommunikasiyada, təhsildə… Bütün sahələr üzrə Türkiyə indi əvvəlki illərə nisbətən çox öndə olan bir ölkədir.
AKP olaraq hədəfimiz var. Cümhuriyyətimizin 100 illiyi dönəmində, 2023-cü ildə Türkiyəni dünyanın ən inkişaf etmiş 10 ölkəsindən birinə çevirmək.
Ərdoğan “mən namizədəm” desə, AKP olaraq qaya kimi arxasındayıq. Onu xalqın seçdiyi ilk prezident olaraq Çankaya köşkündə oturtmaqda qərarlıyıq. “Ərdoğan namizəd olmasın, çünki diktatorca davranır, gərginliklərə yol açır” deyirlər. Bunu deyənlərə səslənirəm: sözlərinizdə səmimisinizsə, onun namizədliyini dəstəkləməniz lazımdır. Çünki bu millət bir diktatora əsla səs verməz. Bu millət Ərdoğanın kim olduğunu, ölkə üçün nələr etdiyini çox yaxşı bilir.
Ərdoğan bu millətə xidmətdə davam edəcək. Həm də prezident olaraq davam edəcək. 2015-ci ildə parlamentdə daha güclü şəkildə təmsil olunaraq, Konstitusiyanı dəyişdirəcək və Türkiyəyə prezidentlik sistemini gətirəcəyikş. Beləcə, prezident seçilən baş nazirimiz Ərdoğan, eyni zamanda partiyalı bir şəxs, sədr olaraq millətimizə 2023-cü ilə qədər xidmət edəcək”.

azadliq.info

COMMENTS