“Aeroportda məni terrorçu kimi saxlamışdılar”

“Aeroportda məni terrorçu kimi saxlamışdılar”

“İzmirdən Bakıya qayıdanda üç polis maşını məni saxladı. Məndən nə işlə məşğul olduğumu soruşdular”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Söhbət Var” verilişində qonaq olarkən Çingiz İbrahimovun oğlu, aktyor İbrahim Çingiz deyib.

O bildirib ki, imicinə görə polislər onu terrorçu sanıb: “Bu halımla “Yuxu kimi” serialına çəkilirdim. 6 aydır dırnaqlarımı tutmurdum, üzümü qırxmırdım, saçımı kəsdirmirdim. İzmirdən qayıdarkən polislər məni saxlayıb çamadanlarımı yerə atdılar. Sonra başladılar türk dilində nə işlə məşğul olduğumu soruşmağa. Mən də onlara başa salıram ki, aktyoram. Dedilər ki, aktyorsansa, instaqramına baxaq. İnstaqrama baxanda gördülər ki, izləyicilərim var, çantalarımı yerinə yığdılar”.

 

COMMENTS