AFFA Əvəzedicilər liqasında çıxış edən “Sumqayıt-2″yə texniki məğlubiyyət verib.
QOL.az xəbər verir ki, qərar bu gün keçirilən İntizam Komitəsinin iclasında açıqlanıb.
Əvəzedicilər liqasının 16-cı turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olub.
Bun agörə də “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.
Qeyd edək ki, sözügedən oyunda “Sumqayıt-2” 3:0 hesablı qələbə qazanmışdı.
COMMENTS