AFFA-dan “Neftçi”nin məşqçisinə ağır cəza

AFFA-dan “Neftçi”nin məşqçisinə ağır cəza

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Qol.az xəbər verir ki, qərar komitənin bugünkü iclasında birinci divizionun 12-ci turu müzakirə edildikdən sonra verilib.

“Neftçi-2” – “Kəpəz” görüşündə meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Məşqçiyə verilmiş cəzanın 3 görüşü şərti kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində Qurbanov yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

DOSYE.ORG

COMMENTS