AFFA-dan təklif alan baş məşqçi: “İmtina etdim”

AFFA-dan təklif alan baş məşqçi: “İmtina etdim”

Adı “Qalatasaray”la yanaşı çəkilən Safet Suşiç yayılan xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, bosniyalı mütəxəssis türk klubundan təklif aldığını etiraf edib.

 

Lakin o, təklifi qəbul etməyib: “İki klub rəsmisi mənimlə əlaqə yaradaraq “Qalatasaray”ı çalışdırmağı təklif etdi. Onlara Bosniya və Hersoqovina millisini çalışdırdığım müddətdə nə “Qalatasaray”ın, nə də başqa bir komandanın məni maraqlandırdığını dedim. Yığmada nə qədər qalacağımı bilmirəm. Təbii ki, bu, nəticələrdən aslı olacaq. Ümid edirəm ki, AVRO-2016-nın final mərhələsində də Bosniya və Hersoqovinanın baş məşqçisi olacam”.

Qeyd edək ki, bir müddət əvvəl AFFA-nın da Suşiçə təklif göndərməsi barədə xəbərlər yayılmışdı. Lakin federasiya bosniyalı mütəxəssisin bir menecer tərəfindən onlara təklif edildiyini açıqlamışdı. Suşiç isə bir menecerin ona yığmamızı çalışdırmağı təklif etdiyini, amma Bosniya və Hersoqovina millisisinin baş məşqçisi olduğu üçün təklifi qəbul etmədiyini demişdi.

COMMENTS