Top.Mail.Ru

AFFA iki oyunçunu millidən qovdu – siqarət çəkdikləri üçün

AFFA iki oyunçunu millidən qovdu – siqarət çəkdikləri üçün

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki futbolçusu heyətindən kənarlaşdırılıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunlar “Neftçi”dən Elnur Hüseynov “Zaqatala”dan  Vüsal Şabanovdur. Hər iki qapıçı nizam-intizam qaydalarını pozduqlarına görə, daha dəqiqi siqaret çəkdikləri üçün komandadan uzaqlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA məlumat göndərib.

DOSYE.ORG

COMMENTS