AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı

AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı

AFFA İntizam Komitəsinin bugünkü iclasında aşağı liqalarda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı da qərarlar qəbul olunub.

QOL.az xəbər verir ki, U-12 Liqasında çıxış edən “Arpaçay”ın (Şərur) baş məşqçisi Bilal Nağıyev 3 oyunluq cəzalandırılıb.

Buna səbəb onun UGİM-lə (Culfa) oyununun 27-ci dəqiqəsində öz futbolçularını təhqir etməsidir. Bu hərəkətinə görə baş məşqçi oyun zamanı qırmızı vərəqə ilə də cəzalandırılıb.

COMMENTS