Afrikanın ən bahalı futbolçularından ibarət rəmzi komanda

Afrikanın ən bahalı futbolçularından ibarət rəmzi komanda

“Transfermarkt” internet portalı ən bahalı afrikalı futbolçulardan ibarət rəmzi komandanı təqdim edib.

QOL.az xəbər verir ki, komandanın tərkibini dərc edib. Heyətin ümumi dəyəri 543 milyon avrodur.İnternet portalı bu komanda üçün 4-4-2 sxemini seçib.

 

Afrikanın ən bahalı futbolçularından ibarət komandası:

Qapıçı: Andre Onana (“Mançester Yunayted”, 40 milyon avro).

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, 65 milyon avro), Edmond Tapsoba (Bayer” , 40 milyon avro), Naif Aqer (“Vest Hem” , 35 milyon avro), Rayan Ait-Nuri (“Vulverhempton”, 25 milyon avro).

Yarımmüdafiəçilər: Mohamed Salah (“Liverpul”, 65 milyon avro), Andre Zambo Anguissa (“Napoli”, 40 milyon avro), İsmael Bennaser (“Milan”, 38 milyon avro), Amin Quiri (“Renn”, 35 milyon avro).

Hücumçular: Viktor Osimhen (“Napoli”, 120 milyon avro), Serou Guirassi (“Ştutqart”, 40 milyon avro).

COMMENTS