Ağ Evdən II Dünya müharibəsi barədə skandal paylaşım

Ağ Evdən II Dünya müharibəsi barədə skandal paylaşım

Ağ Evin İnstaqram səhifəsində II Dünya müharibəsində nasistlərə yalnız İngiltərə və ABŞ-ın qalib gəldiyi vurğulanıb.

Kult.az xəbər verir ki, sözügedən məlumata rusiyalı məşhur müğənni Timati sərt reaksiya göstərib.

Timati insanlara çağırışında bunları qeyd edib:

“Təklifim çox sadədir. Ağ Evin səhifəsinə daxil olub, fikirlərinizi bölüşün”.

Daha sonra məşhur müğənni vurğulayıb ki, Sovet ordusu Sankt-Peterburqda dirənib, Stalinqrad savaşında vuruşub və Reyxstaqa bayraq sancıb.

DOSYE.ORG

COMMENTS