AĞACƏBƏDİDƏ ŞƏHİD AİLƏSİNƏ QARŞI MƏMUR ÖZBAŞNALIĞI

Ağcabədi şəhəri, Əli Talıbov küçəsi ev 77 sakini Şəhid ailəsi Talıbova Xanım Muxtar qızı “AzPolitika.info” saytı vaistəsilə prezident İlham Əliyevə müraciət ünlvanlayıb.

O, Şəhid ailəsi olmasına baxmayaraq qanunsuzluğa məruz qaldığını, buna görə də mətbuat vasitəsilə Prezident cənab İlham Əliyevə müraciət etmək məcburiyyətində qaldığını bildirir: “Cənab Prezident ilk öncə belə bir sualla müraciət etmək istəyirəm: başqasının malına, əmlakına göz dikmək nə vaxtdan “Şərəf, Ləyaqət, Mərdlik, Kişilik” nümunəsi olub? Hələ o ki, qaldı tutduğu vəzifədən, şəxsi əlaqələrindən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü, Torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş Şəhidin Ailəsinin əmlakına göz dikmək, saxta sənət düzəltdirib əmlakını əlindən almağa çalışmaq? Bu nə qədər ləyaqətli, şərəfli işdir?
Cənab Prezident! Məlumat üçün bildirirəm ki, artıq üçüncü ildir ki, Laçın rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Mehdiyev Ramiz Bəbir oğlunun tutduğu vəzifədən və şəxsi əlaqələrindən istifadə edərək, mənim ailəmə qarşı etmiş olduğu qanunsuz, haqsız əməllərindən əziyyət çəkirik. Həmin qanunsuzuluğun qarşısının alınması üçün müxtəlif dövlət orqanlarına müraciət etməyimə baxmayaraq bu günə qədər ötür-ötür oyunu oynayırlar. Başda Dövlət Sosial Müdafi Fondunun sədri Elman Mehtiyev olmaqla bu günə qədər heç bir tədbir görən yoxdur. Bunlar yəqin düşünür ki, gərək kimsə özün yandırsın, öldürsün və ya hər hansı bədbəxt hadisə olsun ondan sonra reaksiya versinlər.
Cənab Prezident, açıq demək gərəkirsə Ramiz mənim ailəmə mənəvi, psixolaji təziq göstərir. Mənim maddi cəhətdən onunla ayaqlaşmaq imkanım yoxdur. İndi mən nə edim? Bu ölkə uğrunda Şəhid verən bir ailənin bu ölkədə yaşamaq hüququ yoxdur? Mənim pulum yoxdu ona görə pul gücünə Ramiz kimiləri mənim haqqımı yeməlidi? DSMF-nun əməkdaşı müraciətimi araşdırmaq əvəzinə Ramizə vəkillik edib, mənə hədə qorxu gəlməlidir?
Hakimin müstəqilliyini hakimin özbaşnalığı kimi dərk edən Xanlar müəllim mənim hüquqlarımı pozmalıdı, məhkəmə protokollarını saxtalaşdırmalı, özündən sünü subutlar yaratmalıdı? Məni, ailəmi niyə həyatımızdan bezdirirlər? MƏNİM BU ÖLKƏDƏ YAŞAMAQ HÜQUQUM VAR???
Cənab Prezident! Şəhid Ailəsi kimi ümidim Sizədir və ailəmə qarşı edilən haqsızlıqlara son qoyulmasını, gələcəkdə baş verə biləcək hər hansı bədbəxt hadisənin indidən qarşısının alınmasını, Laçın rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Mehdiyev Ramiz Bəbir oğlu və Ağcabədi rayon Məhkəməsinin sədri Xanlar Fərhadovun barəsində tədbir görülməsini acizanə şəkildə Sizdən xahiş edirəm.
Qeyd edim ki, həyat yoldaşım Əli Talıbov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Yaşadığımız küçə hazırda Onun adını daşıyır. Buna görə dövlətimizə minnətdaram ki, Şəhidin adını əbədiləşdiriblər. Ancaq çox təssüflər olsun ki, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, Şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, yoldaşımın Şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı (Torpaq sahəsinin plan və ölçüsü) sənəd alıb. Hansı ki, həmin torpaq 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS icraiyyəkomitəsinin sərancamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, yəni Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “AZƏRİTTİFAQ”-a məxsus olan və eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş, bizim üçün daha çox mənəvi dəyəri olan mağazanın tikintisi üçün ayrılıb.
Qeyd etmək istəyirəm ki, mənim çoxsaylı müraciətlərim əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və XəritəçəkməKomitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam subut edib ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmadığı halda həmin sənəd onun adına səhv olaraq hazırlanaraq verilib. Həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırıb. Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsa da, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir.
Çünki cəzasızlığı onu inadından əl çəkməməyə vadar edir…Onun əməli qanunsuzluqdan çox, Şəhid ailəsinə, Şəhid ruhuna hörmətsizlikdir. Dəfələrlə DSMF-yəRamiz Mehdiyevin qanunsuz əməlləri barədə müraciət etməmə baxmayaraq onun barəsində heç bir araşdırma aparılmayıb, görünür hansısa havadarına və ya nəyəsə görə ona “gözün üstə qaşın var” deyən tapılmır. Ona görə də Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir”.

Şəhid ailəsi Talıbova Xanım Muxtar qızı sonda bir daha Prezidentdən kömək istəyir.

P.S. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS