Ağalar Vəliyev də… – PULLARI ÖLKƏDƏN ÇIXARIR…

Ağalar Vəliyev də… – PULLARI ÖLKƏDƏN ÇIXARIR…

Keçən günlərdə sabiq deputat Əsabil Qasımovun Rusiyanın tikinti sektoruna 100 milyonlarla dollar həcmində sərmayə qoyması yerli KİV-də etirazla qarşılandı ki, bu da səbəbsiz deyildi.

Belə ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin yerli iş adamlarına işğaldan azad olunmuş torpaqlarımızın yenidaən inşa olunmasına sərmayə qoymaları ilə bağlı etdiyi çağırış keçmiş deputat tərəfindən qulaqardına vurulmuş oldu. Dia-az info bildirir ki, indi də anoloji addımı keçmiş yox, bu dəfə həm də hazırda da cibində deputat mandatı gəzdirən bir inşaat maqnatı atmış oldu.

Söhbət Milli Məclisin deputatı Ağalar Vəliyevdən gedir. Dia-az.info bildirir ki, o da eyni qaydada Prezidenin məlum çağırışına qoşulmayanlardan hesab olunur. Dövlətimizin az qala bütün dostluq münasibətlərini məhz Qarabağın inşasına yönəltdiyi bir məqamda Ağalar Vəliyev kimiləri məhz bu dövlətdən qazanndıqlarını – əslində isə oğurladıqlarını xaricə transfer eməkdədir…

Dia-az.info-nun xəbərinə görə, deputatın oğlu Pərviz Vəliyev Gürcüstanın Kabuleti kurort şəhəri, Agmashenebeli küçəsində (277 və 313) iki binanın tikintisi üçün 1.648.000 və 2.550.000 lari dəyərində torpaq sahələri alıb.

Qeyd edək ki, deputatın oğlunun tikdirəcəyi binalar biri 30 milyon və digəri 20 milyon dollar olmaqla layihələndirilib və təsdiq edilib.
Məlumat üçün qeyd edim ki, Pərviz Vəliyev Gürcüstanda qeydiyyatdan keçmiş CRYSTAL BUILDİNG LTD-nin 50 faiz payçısıdır.

Keçmiş deputatın ardından indiki deputat: Ağalar Vəliyev də...Keçmiş deputatın ardından indiki deputat: Ağalar Vəliyev də...

COMMENTS