Top.Mail.Ru

Ağcabədidə ağır yol qəzası – Ölən var

Ağcabədidə ağır yol qəzası – Ölən var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Qaravəlli kəndində “Mercedes” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DOSYE.ORG

COMMENTS