Ağcabədidə məmur harınlığı pik həddə çatıb

Dahi Bencamin Dizraelinin belə bir aforizmi var.Qaranlıq daxmaları bürüyən çarəsizlik çılçıraqlı saraylar üçün aşkar təhlükədir.

Ağcabədi rayonunun Ofşar kəndinin bir qrup sakini bizə müraciət edərək onların problemlərini işıqlandırmağımızı xahiş etdilər. Sakinlər qeyd edir ki, artıq bir ilə yaxındır kəntdə işıq olmadığına görə heç bir məişət avadanlıqlarından istifadə edə bilmirik. Televizor yox, radio yox sanki 21-ci əsr deyil orta əsrlərə qayıdırıq. Dəfələrlə bu məsələni rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun diqqətinə çatdırmışıq. Ancaq nə xeyri tədbir görən yoxdur.Ağcabədidə Azərbaycan qanunları işləmir.Burada məmurlar var toplamaq uğrunda yarışa girişiblər. Artıq bizləri polis ilə təhdid edirlər. Səsini çıxaranı şərləyib həbs elətdirirlər, məhkəmədə cərimələtdirirlər. Rayonda rüşvət məmur özbaşnalığı,bürokratik əngəllər tüğyan edir. Adicə yaşayış yerindən arayış üçün 30-50 azn arasında adamına baxıb pul tələb edirlər.Soruşanda bu dövlət rüsumudur deyə bizləri ələ salırlar. Ağcabədi bəşəri deyil,bioloji qanunlarla idarə olunur. Hər hansı problem üçün icra başçısının qəbuluna gedən insanlar ikinci dəfə ora buraxılmır.Bizlərə açıqca deyirlər ki,gedin əlinizdən nə gəlir beş qaba çəkin biz beləyik. Rayondakı bütün fabrik,koperativ, digər istehsal müəssisələri şəxsi biznesmenlərindir. Bütün obyektlər aylıq başçı Şahin Məmmədova haqq verir. Rayonda yalnız vəzifədə olanların yaşam tərzi əladır. Vəzifə sahibləri tutduğu vəzifəyə və insanlara gəlir mənbəyi kimi baxırlar. Qanun qaydanı yada salan yoxdur.Kəndimiz Ofşarda su problemi də aktualdır.Buradakı artezian quyularının böyük əksəriyyəti işləmir.Məcburiyyət qarşısında qalıb pulla rayondan maşınlarla su gətirməli oluruq. İndi böyük kənd üçün bir neçə maşın su çatdırmaq olarmı? Heç bir yerdə iş yoxdur insanlar dövlətdən qara qəpik də almırlar. Necə dolanmalıdırlar? Məcbur olub hərə öz həyətyanı sahəsində əl zəhməti ilə bir neçə metr dərinliyinə kaçalka vurub.Buradan çıxan su da çox duzludur içməyə yaramır. İnanın mal heyvan bu suyu içmir məcbur olub qaynadıb biz insanlar içirik. Artıq duzlu su içməkdən böyrəklərimiz çürüyüb. Axı niyə insanların taleyi, həyatı heç kimi maraqlandırmır? Dövlət başçısı bütün iclaslarında yerli məmurları vətəndaşların qulluğunda durmağa, onları incitməməyə, problemlərini həll etməyə səsləyir. Rayondakı padışahlar isə prezidentin sözünü saya salmırlar. Ağcabədidə varlanmaq istəyən şəxs vəzifəyə keçir və az müddətdə kasıbçılığın daşını atır.Belə çıxır ki,biz burada artıq adamlarıq da,onda bizləri köçürsünlər başqa ölkəyə. Onsuzda bizlər şikayət etdikcə bizləri daha da sıxırlar elə vəziyyətə qoyulmuşuq ki, rayon mərkəzinə getməyə 1 manat pul tapmırıq. Həyətimizdə olan mal heyvanı da satıb dolanışığa vermişik. Kəntdə elə adamlar var ki,evində həyat yoldaşına aid olan qızılları,nişan üzüyünü satıb dolanmaq üçün ərzaq alıb.Ağcabədidə yalnız imkanlı adamlar yaxşı yaşayır və sayılır. Kasıbları saya salıb onları dinləyən yoxdur. Məmurlar bizləri dinləyib kömək etmək əvəzinə kasıb olduğumuza görə bizləri məsxərəyə qoyurlar. Haram xoşları olsun bir fikirləşmirlər ki,bu pulları onlar biz yetimlərin bağazından kəsiblər. Onlar yetim malı yeməklə, oğurlamaqla övlad böyüdüb,oxutdururlar,xanımlarına bizlərdən oğurladıqları pullarla qızıl zinət əşyaları alırlar.

Vaxt gələr dövran çönər onda görərik onların vəziyyətini. Bizlər Ofşarlılar dövlət rəsmilərindən, prezidentdən artıq dərəcədə xahiş edirik ki, bizləri Şahin Məmmədovun zülmündən qurtarsın. Cənab prezident inanın bu məmur ordusu ilə rayonda nəyisə həll etmək mümkünsüzdür. Çünki Şahin Məmmədov nə qədər dəyərsiz, adam varsa hamısını yığıb vəzifələrə onlar da boğazımızdan qan gətirirlər. İnanırıq ki,dərdimizə əlac qılan tapılacaq.

Elçin İsmayıllı

Dosye.org

COMMENTS