Top.Mail.Ru

Ağcabədidə narkotik alverçisindən silah aşkarlandı

Ağcabədidə narkotik alverçisindən silah aşkarlandı

Ağcabədi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindən isə əlavə olaraq 12,6 kiloqram marixuana, habelə evindən “Revolver” markalı tapança aşkar edilərək götürülüb.

DOSYE.ORG

COMMENTS