Ağcabədi təhsilində QALMAQAL: keçmiş müdir yenidən hərəkətə keçdi və yaxalandı

Ağcabədi təhsilində QALMAQAL: keçmiş müdir yenidən hərəkətə keçdi və yaxalandı

mehdi1.jpg

Bir müddət öncə dosye.org saytında Ağcabədi RTŞ-nin müdiri Solmaz Rəhimova ilə bağlı tənqidi məqalələr dərc edilirdi.

Xatırladaq ki, redaksiyamızın elektron ünvanına daxil olan məlumatlar və Ağcabədi rayon TŞ-nin keçmiş müdiri Mehdi Əhmədovun şikayəti əsasında hazırlanırdı. Əlbətdə ki, daxil olan yazılı və şifahi şikayətlər dərc edilməmişdən öncə qarşı tərəfin mövqeyini dinləmək borcumuzdur. Keçək mətləbə…

Onuda nəzərinizə çatdıraq ki, 2016-ci ildə Maliyyə Nazirliyinin 10 saylı Regional Maliyyə Müfəttişliyi Ağcabədi Təhsil Şöbəsində yoxlamalara başlayıb.

Müfəttişliyin rəisi Ədalət Nəbiyevin rəhbərliyi altında həyata keçirilən yoxlamanın müsbət sonluqla başa çatacağına ümid edən təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun qanunsuzluqları aşkara çıxarılıb. Ciddi nöqsanlarla işdən azad olunan M. Əhmədov barəsində isə cinayət işi açılır. Bundan sonra rayonda təhsil postu Solmaz Rəhimovaya həvalə edilir. Qisas məqsədi ilə alışıb yanan Mehdi Əhmədov bütün vasitələrdən istifadə edərək Ağcabədi RTŞ-nin müdiri S. Rəhimovanı ifşa etmək eşqinə düşür. Əlbətdə ki, təhsil şöbəsinnin daxilində yaranan problemlər və digər maxinasiyalar haqda məlumat əldə etmək M. Əhmədov üçün müşkül məsələ deyildi.

Onun fikrincə S. Rəhimovaya mətbuat vasitəsi ilə təziyiqlər etmək və yeni təyin olunan Təhsil Naziri Ceyhun Bayramova “xod” tapmaq idi. Elə bu məqsədlə “krişa” axtarışında olan M. Əhmədov Bakı şəhərində fəaliyyət göstərən kafelərdə görüş keçirərkən jurnalistlərin foto-kamerasına tuş gəlir. Təbii ki, Təhsil naziri Ceyhun Bayramov keçmiş təhsil şöbəsinin müdiri haqda məlumat əldə edib. Bərəsində açılan cinayət işinin tərkibi haqqında növbəti saylarımızda məlumat veriləcək.

Biz bununla Ağcabədi RTŞ-nin müdiri Solmaz Rəhimovaya haqq qazandırmırıq. Hazırkı təhsiı müdirinində korrupsiya əməlləri dərindən araşdırıldıqdan sonra məlum olacaq. Onuda nəzərinizə çatdıraq ki, S. Rəhimova birbaşa Ağcabədi RİH-nin başçısı Şahin Məmmədova arxalanır. “Xeyirxahx” işdə isə vasitəçi başçısının müavini Rahilə Mustafayevanın adı hallanır.  Bu barədə ölkə mətbiatı kifayət qədər məlumatlar dərc edib. Dosye.org olaraq araşdırmalarımızı davam etdiririk. Bizi izləməyi unutmayın…

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Dosye.org

mehdi2.jpg

COMMENTS