Ağdamda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Ağdamda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

QUP.jpg

Ağdamın Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. 

Tədbirdə rayon içtimayyətinin nümayəndələri, ziyalılar, rayonun fəal gəncləri və ön cəphədə xidmət aparan hərbiçilər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov 22 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırladıb, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb.

Bildirib ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş yaranıb, əmin-amanlıq və siyasi sabitlik bərqərar olub.

Çıxışlarda 1993-cü il 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb. Qeyd olunub ki, dahi öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan xalqı onun rəhbərliyi ilə xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətlənir.

QUPO.jpg

COMMENTS