“Sapı özümüzdən olan baltalar” dövlət siyasətini öz şəxsi mənafeyinə necə yönəldir
Son illər ölkəmizin sosial-iqtisadi inkişafı hətta düşmənlərimiz tərəfindən belə etiraf olunur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanı bütün sahələr üzrə lider dövlətə çevirib. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin iqtisadi gücü artıqca vətəndaşların sosial rifah şəraitinə diqqət də artırılır ki, bu sırada qaçqın və məcburi köçkünlərə qayğı, ərazisinin bir hissəsi işğal altında olan rayonların inkişafı xüsusi yer tutur. Çox təəssüf ki, dövlətimizin xüsusi diqqətində olan bir sahədə öz şəxsi mənafelərini güdən insanlar da tapılır.
Ümummilli liderimiz Heydər Əliyevin və onun layıqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qarabağın qapısı olan Ağdam rayonuna hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığı hər kəsə bəllidir. Qısa müddət ərzində Ağdamın Azərbaycanın nəzarətində olan hissəsində, rayon mərkəzi lan Quzanlıda aparılan abadlıq quruculuq işləri də bunu təsdiq edir. Heç şübhəsiz ağdamlılar da bu işlərdən razı qalır və dövlətimizin siyasətini dəstəkləyirlər. Amma… Yuxarıda da qeyd etdiyimiz kimi aparılan uğurlu işin içində “sapı özümüzdən” olanların neqativ əməllərinə də rast gəlinir. İdeologiya.az-a “Şəms-95” MMC və onun rəhbəri Qasım Qasımovun Ağdamdakı əməlləri haqda ilginc məlumatlar daxil olub.
Redaksiyamıza daxil olan məlumata görə Ağdam rayonunda Heydər Əliyev adına Fondun vəsaitləri hesabına tikilən məktəblərdə böyük maliyyə maxinasiyaları həyata keçirilib. Məktəblərin tikintisini həyata keçirən “Şəms-95” MMC şirkəti Heydər Əliyev Fondunun məktəb tikintisinə ayırdığı vəsaitin böyük bir hissəsini qiymətləri şişirtmə yolu ilə mənimsəyir və üstəlik tikinti işlərini həddindən artıq keyfiyyətsiz aparıb. Bütün bunlarla bağlı Ağdam rayonundan ideologiya.az-a daxil olan məlumata görə rayonda son illər məktəb və məcburi köçkünlər üçün tikilən yaşayış binalarını “Şəmsi-95” MMC adlı tikinti şirkəti həyata keçirir və həmin şirkət bir çox qaranlıq maxinasiyarda iştirak edir. Bildirilir ki, son vaxtlar rayonda aparılan tikinti işləri ilə bağlı demək olar ki, bütün tenderləri udan bu şirkətin rəhbəri Ağdam rayon icra başçısının birinci müavini Zülfü Qasımovun qardaşı Qasım Qasımovdur. İnformasiyanı göndərən məlumatlı şəxs bildirir ki, Qasım Qasımov qardaşının əlaqələrindən istifadə edərək Ağdam rayonunda inşa edilən məktəb və məcburi köçkünlər üçün qəsəbələrin tikinti tenderlərini rəhbərlik etdiyi “Şəms-95” şirkətinin adına alır.
Məlumata əsasən Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilən Səfərli və Baharlı kənd orta məktəblərinin tikintisində çox cidd şəkildə maliyyə yeyintiləri olub. Qasım Qasımovun rəhbərlik etdiyi şirkətin tikinti işlərinə sabiq icra başçısı Nizami Sadıqovun bacısı qızının həyat yoldaşı Cabir adlı şəxs nəzarət edib. Məlumatlı şəxs ideologiya.az-a bildirib ki, “Şəms-95” MMC nin inşa etdiyi məktəblərdə istifadə olunan tikinti lmatreallarının əksəriyyəti köhnə məktəblərdən sökülür və yeni tikilən məktəblərdə istifadə olunur. Bundan başqa Qasım Qasımovun Quzanlı qəsəbəsindəki tikinti matrealları mağazasından alınan və qiyməti normal bazar qiymətlərindən ən az üç dəfə şişirdilmiş matreallardan istifadə olunur.
Məsələn mənbə iddia edir ki, Baharlı qəsəbəsində tikilən 1,7 milyon manata başa gələn orta məktəb binasına ayrılan vəsaitin yarısından çoxusu mənimsənilib. Bu vəsaitin mənimsənilməsində birbaşa sabiq icra başçısı Nizami Sadıqovunda rolunun olduğu bildirilir. Məlumatda ilginc bir fakt da yer alır. Məsələn bildirilir ki, Baharlı orta kənd məktəbinin 2-ci mərtəbəsində metlax işləri yarımçıq saxlanılıb, amma bir müddətdən sonra yarımçıq saxlanılan metlaqlar sökülərək yerinə boya vurulub. Əlavə olaraq bildirilir ki, məktəb binasına çəkilən kombilərin qiymətləri qara bazardakı qiymətlərdən 3 dəfə artıq şişirdilib və sənədlərdə İtaliya istehsalı yazılan kombilər əslində keyfiyyəti aşağı olan Çin istehsalıdır. Məktəbin lahiyə-smetasında istifadə edilən sement , taxta və örtük avadanlıqları qiymətindən 5 dəfə çox şişirdilib və Qasım Qasımovun öz dükanından alınıb. Həmçinin məktəbin tikintisində iştirak edən fəhlələin əmək haqqları sənədlərdə 600-800 manat göstərilsədə, əslində 300 manatdan yuxarı əmək haqqı verilməyib. O cümlədən tikilən məktəblərin yaşıl meydanlarına sərilən qazon qatının qiyməti isə fantaskik məbləğdə sənədləşdirilib.
Onuda qeyd edək ki, Ağdam rayon rəhbərliyində edilən dəyişiklik rayonun inkişafında yeni və keyfiyyətli dönəmin başlanmasına səbəb olub.Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun prinsipial və vətənpərvər mövqeyi əmin olmağa əsas verir ki bu rayonda daha heç bir naqisliyə zərrə qədər imkan verilməyəcək. Qasım Qasımov isə çoxdan layiq olduğu cəzanı almağı haqq edib. Mövzunu dəvam etdirəcəyik. Qarşı tərəfidə dinləməyə hazırıq.
Allahverən Quliyev
İdeolgiya.az içtimai,siyasi,operativ xəbər portalının Qarabağ və sərhəd rayonları üzrə büro rəhbəri: (051 -789 12 -43)
Büro Quzanlı qəsəbəsində yerləşir
Yazı hüquq-mühafizə orqanlarının araşdırması üçün əsaslıdır
Özəl xəbərlərdə istinad zəruridir
COMMENTS