Ağdamda Respublika Günü qeyd olundu

Ağdamda Respublika Günü qeyd olundu

Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə həsr olunmuş tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Raqub Məmmədov geniş məruzə ilə çıxış edib, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb.

Raqub Məmmdəov qeyd edib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçmiş, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olub. Bildirib ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsə də onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub.

Tədbirdə digər çıxış edənlər cəmi 23 il mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulayıblar.

Qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ela bir vaxda təsadüf edib ki, həmin dövrdə heç bir Qafqaz xalqında bela bir cəsarət güc yox idi. Bu güc, qüvvə yalnız bizim xalqa olub və çətinliklə də olsa buna nail olaraq tarixdə öz şanlı yerini tuta bilib.

COMMENTS