“Ağdamlılar artıq öz seçimini edib”: Gülnar Abbasova

Ağdamdan bir qrup seçici “Təzadlar” redaksiyasına məktub göndərib. Dosye.org olaraq ünvanlanmış məktubu təqdim edir:

Hörmətli “Təzadlar”!

Bilirsiniz ki, Ağdam 118 saylı Seçki Dairəsindən 15 ildir ki, Bəxtiyar Əliyev deputatdır. Bəxtiyar müəllim yaxşı adamdır, gözəl ziyalıdır, amma xətrinə dəyməsin, fədakar deputat deyil. Onun 10-dan çox vəzifəsi olduğu üçün o, nəinki biz seçiciləri qəbul etməyə, yaxud Ağdama gəlib səsini aldığı həmyerlilərinin yerində dərdini dinləməyə… vaxt tapa bilib bu 15 ildə. Hətta biz özümüz Bakıda onu nə Milli Məclisdəki qəbul günlərində, heç işlədiyi BDU-da belə tapa bilmirik. Odur ki, 15 ildir məhz bizim üçün itkin düşmüş hesab edilən Bəxtiyar Əliyevin bu dəfə deputat olmasını özümüzə təhqir hesab edirik. Ona görə də xahiş edirik, bizim səsimizi cənab Prezident İlham Əliyevə çatdırasınız ki, axı, adı olub özü olmayan bir deputat kimə lazımdır??? Bəlkə kiməsə lazımdır, amma biz problemli Ağdamlılara lazım deyil. Millət vəkili millətinin, yəni seçicilərinin vəkili olmalı, əlindən tutub dərdinə şərik olmalıdır. Bəxtiyar Əliyevi isə nəinki biz Ağdamlıların-şəhid ailəlilərinin, köçkünlərin yas və ya toy mərasimlərində görürük, heç Ağdamda keçirilən dövlət tədbirlərində belə görə bilmirik. Hətta bizə təhqirdir ki, indinin özündə Ağdam İcra Hakimiyyətinin düz qarşısında Ağdamın tanınmış alimlərinin adı və şəkli olan şərəf lövhəsində Rafiq Əliyev, Xudu Məmmədov… kimi dünyada tanınan alimlərin adı yoxdur, amma Bəxtiyar Əliyev kimi elmi işi erməni dostluğuna həsr olunmuş bir adamın şəkli var. Bu nə deməkdir???

Bütün bunları nəzərə alaraq 118 saylı Ağdam Seçki Dairəsinin seçiciləri olaraq tərəfdaşlarımızdan xahiş edirik bu dəfə 15 ildir axtarışa verilmiş, bizim üçün itkin düşmüş deputat Bəxtiyar Əliyevə yox, Gülnar Hadı qızı Abbasovaya səs versinlər. Gülnar Abbasova ən azı ildə minlərlə Ağdamlının sağalması, fəal həyata qayıtması üçün bir həkim, Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi, ana kimi fədakarlıq göstərir. Hamılıqla biz seçimimizi etmişik, bu dəfə YAP-ın namizədi, sevimlimiz Gülnar Abbasovaya səs verin!!!

Hörmətlə: F.Əsədov, H.Sadıqov, A.Məmmədov, A.Babayev, K.Sarıyev, O.Pəsulov, S.Əliyev, E.Eminov, A.Zeynallı, T.Mirzəyev və başqaları (cəmi 150 imza)

COMMENTS