Ağdamlılar ölkə başçısına təşəkkür edir

Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov qısa zamanda böyük uğurlar əldə edib  Raqub Məmmədovun gəlişindən sonra rayonda vüsət alan abadlıq-quruculuq işləri, illərlə yığılıb qalmış problemlərin ardıcıl şəkildə öz müsbət həllini tapması reallıqdır.

 

RİH başçısı kimi təyinatından çox qısa müddətin keçməsinə baxmayaraq bu müddət ərzində Raqub Məmmədovun rayon əhalisinin sevgisinu, güvənini qazanması Prezidentin ona göstərmiş olduğu böyük etimadı doğrultmasından xəbər verir. Xatırlayırsınızsa, Raqub Məmmədov Ağdam rayonuna icra başçısı  təyin olunarkən yalnız bu açıqlamanı verdi: “Bütün var gücümlə Prezidentin mənə göstərdiyi etimadı doğrultmağa çalışacam”. Bəli, üstündən qısa müddətin keçməsinə baxmayaraq Raqub Məmmədovun fəaliyyətinin təhlil nəticəsi olaraq yalnız bunu demək olar: “O, əzmkarlığı və yüksək idarəçilik qabiliyyəti ilə Prezidentin etimadına layiq olduğunu göstərdi”. Raqub Məmmədov rayona gəlişi ilə  Ağdamlılarda da böyük ruh yüksəkliyi yaradıb.

 

Əhaliyə kifayət qədər açıq olan, şikayətçiləri şəxsən qəbul edən və onların problemlərinin yerindəcə həllinə göstəriş verən İCRA BAŞÇISI əsl el  adamı olduğunu sübuit edib. Bu isə kifayət qədər böyük isdir. Qarşılıqlı inam və etimadın hökm sürdüyü yerə uğurun özü qonaq gəlir. Hər halda Raqub müəllimin qısa zamanda reallaşdırdığı layihələr də bu həqiqəti bir daha təsdiqləmiş oldu. İllərdən bəri həllini gözləyən məsələlərin tədrici ardıcıllıqla yoluna qoyulması, rayonda yarımçıq qalmış iri layihələrin yenidən canlandırılması və davam etdirilməsi, abadlıq-quruculuq işlərinin böyük sürətlə vüsət alması Ağdamımızın bugünkü mənzərəsinin tamamlayıcı ştrixləridir.

 

Ağdam Çay Evinin tikintisinin yekunlaşdırılması, məktəb və uğaq bağçasının istifadəyə verilməsi bu qısa zamanda görülmüş böyük işlərin yalnız bir qismidir. Eyni  zamanda   Baş Nazirin müavini,  Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, hörmətli Əli Həsənov cənablarıda böyük dəstəyi,qayğsı  ilə  hər zaman Ağdamlıların  yanındadır. Açılışını avqust ayının 6-da  Prezident  cənab  İlham Əliyevin etdiyi 70 hektar sahəni əhatə edən yeni  qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bütün bunlar isə onu göstərir ki, bu gün Ağdamda sosial-iqtisadi həyat öz axarında  davam edir. Cəbhə bölgəsində ayın əvvəllərindən müşahidə olunan gərginlik və atışmalar  qüdrətli  Ordumuzun düşməni yerində oturtması Ağdamımızı, eləcə də bütün cəbhəboyu ərazilərimizi layiqincə  qoruduğunu bir daha  isbatlamış oldu.İnanırıq ki, tezliklə  Ölkə  Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin  rəhbərliyi altında bütün işğalda olan torpaqlarımız, o cümlədən Ağdam rayonunun işğal altındakı əraziləri də azad olunacaq və Ağdamlıların illərdir, ürəklərində gəzdirdikləri nisgilə son qoyulacaq. Biz isə İdeologiya.az xəbər  portalı olaraq icra başçısı Raqub Məmmədova işğaldan sonrakı Ağdamı yenidən qurmaq və yaratmaq missiyasını daşımasını arzulayırıq.

COMMENTS