Top.Mail.Ru

“Agentim həm “Ştutqart”, həm də “Qarabağ”la danışıqlar aparacaq”

“Agentim həm “Ştutqart”, həm də “Qarabağ”la danışıqlar aparacaq”

“Meydana çıxdığım üçün özümü xoşbəxt hiss edirəm. Belə yoxlama görüşləri çempionatın bərpasından əvvəl çox önəmlidir”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Ailton Silva “Sabah”la yoxlama  oyunundan (5:0) sonra “CBC Sport”a açıqlamasında deyib.

Braziliyalı müdafiəçi karantin dönəmində evinin qarajında məşq etdiyini söyləyib: “Həm də fərdi məşqçi ilə müqavilə imzalamışdım. Onun proqramına əsasən, məşqlər edirdim. Komanda olaraq məşqçilər və həkimlərimizin təlimatlarını maksimum yerinə yetirməyə çalışdıq”.

Ağdam klubunda icarə əsasında çıxış edən və müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan futbolçu “Qarabağ”dakı teliyinin hələ müəyyənləşmədiyini deyib: “İyunun 30-da müqaviləm başa çatır. Həmin vaxta qədər agentim həm “Ştutqart”, həm də “Qarabağ”la danışıqlar aparacaq”.

Qeyd edək ki, “Qarabağ” Ailton Silvanı ötən yay 1 illik icarəyə götürülüb. Onun “Ştutqart”la sözləşməsi 2021-ci ilin yayınadəkdir.

DOSYE.ORG

COMMENTS