Ağstafa sakini elektrik mişarı ilə özünə xəsarət yetirib

Ağstafa sakini elektrik mişarı ilə özünə xəsarət yetirib

Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Baloğlan Əbduloğlu elektrik mişarla iş görən zaman ehtiyatsızlıq nəticəsində hər iki ayağından xəsarət alıb.

O, dərhal xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS