Ağstafada bələdiyyə postları satılır

Ağstafada şıdırğı seçki “hazırlığı” gedir. JAM.AZ-a daxil olan məlumata görə, rayonun icra başçısı Məhərrəm Quliyevi saya salmayan birinci müavini Ramiz Tatarov hələ seçkilərə start verilməmişdən əvvəl bələdiyyə üzvü və sədri postlarını tütmaq üçün qiymət müəyyənləşdiribmiş.

Məlumatda deyilir ki, Tatarov kasıb rayon olan Ağstafada böyük pulların olmadığının fərqinə vardığından, qiymətləri də “münasib” edib. Məsələn, rayonda bələdiyyə sədri olmaq istəyən şəxslər üçün bu qiymət 3000 manatdırsa, bələdiyyə üzvülüyü üçün həmin məblğə 1500 manat “təyin” edilib. 

Qeyd edilir ki, Ağstafada icra başçısı Məhərrəm Quliyevi idarə edən Ramiz Tatarov bələdiyyə sədri olmaq istəyənlərdən pulu özünün yaxın adamı, savadsız olmasına rəğmən İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbər gətirdiyi Müşfiq Hüseynovun əliylə alır. Məmmədqulununoğlunun diplomu necə aldığı bizə məlum olmasa da, onun savad və mədəniyyət baxımından kasıb biri olduğunu demək imkanımız var. Çünki adam nə danışığını bilir, nə qanundan xəbəri var, nə də savadı o həddə deyil ki, açıb bir kitab oxusun və bilsin ki, kimsəni dəlil, sübut olmadan ittiham etmək olmaz. Üstəlik, bu adamın ancaq söyüşlə, təhqirlə danışdığı da təsdiq olunmuş faktdır. Hətta o da deyilir ki, hüquq şöbəsinin müdirinin pulunu verib, təhqir etmək də mümkündür. Və o, bundan qəti narahat olmamaqla yanşı, heç şikayətçi də düşmür. 

Ramiz Tatarova gəldikdə isə Ağstafa icra başcısının birinci müavini ümumiyyətlə, heç kimi saymır. Hətta bu yaxınlarda onun camaatın içində icra başçısı Məhərrəm Quliyevi təhdid edərək, “Sənin qapını mıxlatdıraram” dediyi də rayonda dillər əzbəridir. Ən pis hal isə odur ki, camaatın içində deyilən bu sözə rəğmən, icra başçısı öz müavininə qarşı heç bir tədbir görə bilməyib. Bu azmış kimi, onun müavininin əlində oyuncağa çevrildiyi də artıq ağstafalılar tərəfindən təsdiq edilir. Və belə vəziyyət Ağstafada durumun hansı bərbad halda olduğunu göstərir. 

P.S. Qarayazı meşələrinin talan edildiyi, ağacların qırılaraq icra başçısı ilə müavininin mebel sexlərində emal olunduğu, habelə digər birabırçı məsələlər barəsində yaxın günlərdə geniş məlumat verəcəyik.

COMMENTS