Bu gün Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 17 kv.m sahədə, həyətyanı sahədə tikilmiş ümumi sahəsi 28 kv.m olan yardımçı tikilinin içərisinə yığılmış ev əşyaları yanıb.
APA-nın Fövqəladə Hallar Hazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və yardımçı tikiliyə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 02:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Dosye.org
COMMENTS