Ağsu-Kürdəmir-İmişli yolunda qəza olub – Xəsarət alanlar var

Ağsu-Kürdəmir-İmişli yolunda qəza olub – Xəsarət alanlar var

Kürdəmirdə xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “JEEP” markalı avtomobil hərəkətdə olan qoşqulu traktorun arxasına çırpılıb. Nəticədə traktorda olan iki qardaş – 39 yaşlı Abdullayev Sakit Tahir oğlu və 36 yaşlı Abdullayev Akif Tahir oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS