Top.Mail.Ru

Ağsu polisi aztəminatlı ailələri sevindirdi

Ağsu polisi aztəminatlı ailələri sevindirdi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkib, onların bu il məktəbə gedəcək övladlarını sevindirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a bildiriblər ki, yeni dərs ilinin başlaması ilə əlaqədar lazımi məktəbli ləvazimatları uşaqlara hədiyyə edilib. Polis əməkdaşları uşaqlara yeni tədris ilində uğurlar arzulayıblar. Ağsu Rayon Polis Şöbəsinin belə bir xeyirxah əməli, həmçinin övladlarının sevincinə şərik olan valideynləri də sevindirib.

Valideynlər göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin və Ağsu Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

DOSYE.ORG

COMMENTS