Top.Mail.Ru

Aİ nümayəndələri Ərdoğanın dəvətilə Türkiyəyə gəlir

Aİ nümayəndələri Ərdoğanın dəvətilə Türkiyəyə gəlir

 

Aİ nümayəndələri Ərdoğanın dəvətilə Türkiyəyə gəlir
Avropa İttifaqı Şurasının başçısı Şarl Mişel və komissiya sədri Ursula von der Leyen ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə aprelin 6-da Türkiyəyə rəsmi səfərə gəlirlər.

Bu barədə Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı təşkil ediləcək görüşlərdə Türkiyə-Avropa İttifaqı əlaqələri bütün istiqamətləriylə nəzərdən keçiriləcək.

İttifaqla əməkdaşlığın iştirak perspektivi üçün atıla biləcək addımlar müzakirə olunacaq. O cümlədən aktual bölgə məsələləri və beynəlxalq proseslər haqqında fikir mübadiləsi aparılacaq.

COMMENTS