“Ailəmi dağıdıb, o aparıcıya ərə getmək istəyirəm” – Məşhur aparıcıdan şok sözlər

“Ailəmi dağıdıb, o aparıcıya ərə getmək istəyirəm” – Məşhur aparıcıdan şok sözlər

Aparıcı Fira Cəlillova telekanallarda yaşanan dəyişikliklərdən danışıb.

Musavat.com saytına açıqlama verən aparıcı bildirib ki, televiziyadan uzaqlaşmasına peşman olub.

O, hətta bildirib ki, ailəsini dağıdıb, “İctimai” TV-də çalışan məşhur aparıcı ilə evlənmək istəyir: “Telekanalalrda müsbət dəyişikliklər baş verir. Bilsəydim, televiziyadan getməzdim. “İctimai” TV-ni izləyirəm. İTV-də aşiq olduğum özəl bir aparıcı var ki, hətta ona görə ailəmi dağıtmağa belə, hazıram. Ailəmi dağıdıb, onunla evlənməyə hazıram. Onu xarizmatikliyinə görə sevirəm. Təbii ki, söhbət Dadaş Dadaşlinskidən gedir. Sosial şəbəkə hesablarımda da ona eşqimi elan etmişəm. Dadaş, səni sevirəm. Bu məhəbbət, bu sevgi nə ilə bitəcək heç özüm də bilmirəm”.

Bir həftə öncə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ictimai əlaqələr və piar üzrə mütəxəssisi vəzifəsinə təyin olunan teleaparıcı həmkarlarının bu xəbərə sevinmədiyini deyib: “Televiziyada işləyən bir çox dostlarım sevinsə də, sevinməyənlər də oldu. Onu da deyim ki, AzTV, “Space” TV və ARB TV ilə əməkdaşlıq edirəm. Özümün “production”um var. Onlara keyfiyyətli proqramlar hazırlayıb verirəm. Düzdür, özüm aparıcılıq etmirəm, amma gənc aparıcılar yetişdirirəm. Əməkdaşlıq etmədiyim kanallar isə “Lider” TV ilə “Xəzər” TV-dir. “Xəzər” TV-də uzun illər çalışmışam. Ora layihə təqdim etməmişəm”.

Fira Tolik ilə arasında yaşanan qalmaqaldan da danışıb: “Toliklə dalaşmamışdım. Tolik əsəbləşir, hirslənir, adamı atır “qara siyahıya”. Amma nə əcəbsə, məni “qara siyahı”ya atmadı. Bir-birimizin qəlbinə dəymişdik. Ad günündə ona təbrik mesajı yazdım.Mənə yazdı ki, bu təbriklərin arasında sənin təbrikini çox sevdim. Ondan sonra bir-iki dəfə onun etdiyi tədbirlərə getmişəm, mənim də tədbirlərimə gəlib. Çoxları mənim “Xəzər” TV-dən getməyimi Tolikin ayağına yazırlar. Amma bu belə deyil. Tolikin o söhbətə aidiyyatı yoxdur”.

DOSYE.ORG

COMMENTS