Ailton “Ştutqart”a lazım deyil

Ailton “Ştutqart”a lazım deyil

Ötən mövsüm “Qarabağ”da icarə əsasında çıxış edən Ailton Silva “Ştutqart”ın əsas komandası ilə məşqdən kənarlaşdırılıb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin prezidenti Pelleqrino Matarazzi məlumat verib. 43 yaşlı mütəxəssis hazırda çoxlu sayda cinah oyunçusuna sahib olduqlarını və  Ailton Silva üçün yer qalmadığını söyləyib.

Qeyd edək ki, “Ştutqart”ın 25 yaşlı oyunçu ilə yolları ayıracağı gözlənilir.

DOSYE.ORG

COMMENTS