AJT-nin qeydiyyatından imtina edilir…

AJT-nin qeydiyyatından imtina edilir…

Ədliyyə Nazirliyi Azad Jurnalistlər Təşkilatının (AJT) dövlət qeydiyyatına alınmasından imtina edir

Bu haqda AJT-nin həmtəsisçilərindən biri, Yenixeber.org İnformasiya Portalının rəhbəri İlqar Salmanov FB səhifəsində yazıb:

Gələn ayın 7-də Azad Jurnalistlər Təşkilatının (AJT) təsis olunmasının bir ili tamam olacaq. Bir ildir ki, AJT-nin məlum qanun və prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasına çalışırıq. Bu istiqamətdə Ədliyyə Nazirliyinə etdiyimiz müraciətə təəccüblü cavab aldıq, həm də dəfələrlə: Dövlət RƏSMƏN AJT-ni qeydiyyata almaqdan  imtina edir. Bunun üçün göstərilən “arqumentlər” isə şablon söz yığınından başqa bir şey deyil… Baxmayaraq ki, məlum Qanunvericiliyə görə müraciətdə yer alan bütün boşluqlar (Əgər varsa) dövlət qurumunun bir cavab məktubunda göstərilməlidir. Biz isə artıq üçüncü dəfədir ki, imtina cavabı aldıq…

Biz-AJT-nin yeddi nəfərlik İdarə Heyəti üzvləri Ədliyyə Nazirliyinin bu mövqeyini gözlənilməz hesab etdiyimiz kimi, qəbul da etmirik. Amma, bu dəfə də Məhkəməyə deyil, Ədliyyə Nazirliyinə müraciət etməyə qərar verdik. Ümid edirik ki, bu dəfə əvvəlkilərdən fərqli cavab alacağıq…

Xatırladım ki, Azad Jurnalistlər Təşkilatı (AJT) 07.03.2023-cü il tarixdə təsis edilib.  Məqsəd həmkarlarımızın peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemləri, eləcə də mediamızın inkişaf yollarını araşdırmaq və ictiamiləşdirməklə yanaşı, bu problemlərin həlli istiqamətində aidiyyatı dövlət strukturlarına təkliflər paketi təqdim etmək, müvafiq layihələr gerçəkləşdirməkdir.

Jurnalistlər arasında həmrəyliyə nail olmaq da, hədəflərimiz sırasındadır.

COMMENTS