AXCP-də istefalar başladı?

AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli partiya sıralarını tərk edib.

 

Bu barədə R.Mirhəşimli özünün “Facebook” profilində açıqlama yayıb. Məsələ ilə bağlı bizimyol.info-ya danışan R.Mirhəşimli bildirib ki, bu qərarını iyulun əvvəllərində verib və partiyadan çıxması ilə bağlı qərarını artıq AXCP rəhbərliyinə çatdırıb. Partiyadan çıxma səbəbi ilə bağlı geniş danışmaq istəməyən keçmiş AXCP-çi bu barədə partiya rəhbərliyinə məlumat verdiyini qeyd edib.

 

Qeyd edək ki, R.Mirhəşimli 1989-cu ildən bu təşkilatın üzvü olub. AXCP sədr aparatının və Ali Məclisinin üzvü olub, 2000-ci ildə keçirilən parlament seçkilərində partiyadan deputatlığa namizədliyi irəli sürülüb. R.Mirhəşimli Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır.

COMMENTS