Akif Əliyevin şəriki cinayət məsuliyyətindən yayınır- Baş Prokurorluğun DİQQƏTİNƏ

Akif Əliyevin şəriki cinayət məsuliyyətindən yayınır- Baş Prokurorluğun DİQQƏTİNƏ

Bir neçə gün öncə dosye.org saytında “Baş memar Akif Əliyevın ortağı kim idi? ASC-nin sədri müdafiə olunur?” başlıqlı məqalə dərc etmişdik.

Nəzərinizə çatdıraq ki, Abşeron rayon icra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev işində yol verdiyi korrupsiya əməlinə görə, Baş Prokurorluğ yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edildi. Hazırda cinayət işi üzrə araşdırmalar davam edir.

Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, ötən illər ərzində yuxarıda adı hallanan şəxslə birgə qanunsuz tikililərə icazə verən ASC-nin sahibi Ceyhun Nəcəfov məlum cinayət işindən kənarda qalıb. Xırdalan şəhərində Beton zavod deyilən ərazidə fərdi evlərin tikintisinə məhz Ceyhun Nəcəfov, hazırda həbsdə olan Akif Əliyevlə birgə icazı verirmiş. Ərzidə yaşayan sakinlər iddia edirlər ki, ASC-nin sahibi kimi özünü təqdim edən şəxs Ceyhun Nəcəfov bildirib ki, tikinti yalınız onun “həyindən” sonra başlana bilər. Bütün ərazini satıb öz şəxsi maraqları üçün istifadə edən C. Nəcəfov məlum cinayət işində necə kənarda qaldığı olduqca şübhəlidir. Vətəndaşlardan 2000-3000 müqabilində pul alan bu iki şəxs həmən ərazinin demək olar ki, sahibi kimi çıxış edirdilər.

Məsələ ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi Yanında Əmlak Məsələləri Üzrə Dövlət Əmlak Komitəsinin səlahiyyətli nümayindəsi ilə əlaqə saxladıq. Komitədən isə bildirdilər ki, ASC-nin sahibi Ceyhun Nəcəfov həmən ərazidə yerləşən səhimlərin 30 %-nə sahibdir. Adı hallanan şəxsin Əmlak Məsələləri Dövlət Xidməti ilə torpaqların icarəsi barədə müqaviləsi yoxdur. Beton zavod deyilən ərazinin ümumi sahəsi 4 ha və Ceyhun  Nəcəfovun nəzarətində olan hissə anbar deyilən yerdir. Görünür, C. Nəcəfov baş memar A. Əliyevlə ərazini fərdi qaydada sataraq böyük korrupsiya hallarına yol verib.

Dosye.org olaraq Baş Prokuror cənab Kamran Əliyev və digər aidiyyəti orqanların diqqətinə çatdırır ki, ASC-nin sahibi məlum cinayət işində bir başa səbəbkardır. Araşdırmalarımız davam edir…

DOSYE.ORG

 

COMMENTS