Top.Mail.Ru

Akif Çovdarovu karantinə apardılar

Akif Çovdarovu karantinə apardılar

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla əfv olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov azadlığa çıxandan sonra karantinə alınıblar.

Virtualaz.org bildirir ki, bu barədə ATV kanalı məlumat yayıb.

Məlumata görə, onlar 9 saylı cəzaçəkmə müəssisəsindən çıxarılaraq Penitensiar Xidmətin avtomobili ilə karantinə aparılıblar.

Generallar Akif Çovdarov və Subahir Qurbanov yaşlı olduqlarına görə əfv ediliblər. Xatırladaq ki, Prezidentin əfv sərəncamı koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 65 yaşdan yuxarı məhkumlara şamil olunub.

DOSYE.ORG

COMMENTS