Hüquq-mühafizə orqanlarının əməkdaşları general Akif Çovdarovun əlaltılarından birini MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi Səlim Məmmədovu saxlayıb.
Hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Səlim Məmmədovun evində axtarış aparılıb, onun özü isə nəzarətə götürülüb.
Çovdarovun ikinci yaxın adamı polkovnik-leytenant Vüqar Muxtarova gəlincə isə hazırda onun da saxlanması üçün tədbirlər görülür.
Virtualaz.org saytının məlumatına görə, bir çox iş adamları məhz onlar tərəfindən amansız işgəncəyə və qeyri-insani rəftara məruz qoyulublar. Vüqar Muxtarov və Səlim Məmmədov Akif Çovdarovun ən etibarlı adamları olub. MTN-də kök salmış kriminal qruplaşmanın “boz kardinalı” ən mühüm işlərin dalınca məhz onları göndərib.
Bildirilir ki, Muxtarov və Məmmədov iş adamlarının evlərində aparılmış qanunsuz axtarışlar zamanı qəsb olunmuş qızıl-zinət əşyalarını Gürcüstanda realizə etməklə də məşğul olublar.
Virtualaz.org saytı dəqiqləşdirib ki, polkovnik Səlim Məmmədov bir neçə ay əvvəl pensiyaya çıxıb. Polkovnik-leytenant Vüqar Muxtarov hələ MTN-də işləyir.
COMMENTS