Akif Səlimov kimlər tərəfindən şantaj edilir?

Dosye.org saytında Laçın Rayon İcra Hakimiyyətinin Başçısı Akif Səlimovla bağlı məqalə dərc edilmişdir.

 

Nəzərinizə çatdıraq ki, informasoia Cabbarov Fərman Baloğlan oğlu tərəfindən daxil olmuşdur. Bizim araşdırmalarımızdan sonra bir qurup Laçın ziyalıları saytımıza müraciət ünvanlayıb. Daxil olan  müraciətin mətnini nöqtəsinə, vergülünə dəymədən toxunmadan olduğu kimi dərc edirik:

 

Laçın rayonunun,Qarabağın bir qrup ziyalıları tərəfindən

 

Müraciət

 

Hörmətli redaksiya, dəyərli oxucular!

 

Son vaxtlar Laçın rayon Qarakeçdi kənd sakini Cabbarov Fərman Baloğlan oğlu bir qrup şəxslərlə əlbir olub rayonun ağsaqqal ziyalı insanlarını şantaj ederək sayıtlarda xoşagəlməz, İnsanların hiddətinə səbəb olacaq yazılar dərc etdirirlər.

 

Məhz bu müraciətimizin səbəbi də Fərman Cabbarovun və ətrafında olan həmin şəxslərin əsl üzünü, həqiqətləri üzə çıxartmaqdır. Belə ki, Fərma Cabbarov Laçın rayon Elektrik şəbəkəsində işləməsinə baxmayaraq, ona xəstəxanada mühasib vəzifəsinidə işləyən işçinin analıq məzuniyyətində olduğu üçün əmək haqqısı ödənməklə müvvəqqəti həvalə olunmuşdur.

 

Bundan başqa Həyat yoldaşınada xəstəxanada iş verilmiş, lakin Fərman Cabbarov həmin iş yerini də borcunun əvəzinə başqa adama vermişdir. Fərman Cabbarov indiyənə qədər işlədiyi iki idarədə, yəni Əhalinin Sosial Müdafiə Mərkəzində mühasib köməkçisi işləyərkən sənəd saxtakarlığına yol verdiyi və qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb olunaraq, həbslə əlaqədar olmayan qaydada məhkum olunmuşdur.

 

Dövlət Sosial Müdafiə fondunun Laçın rayon şöbəsində sahə mühasibi işləyərkən yol verdiyi qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb olunaraq, həbs olunmuşdur. Bütün bunlara baxmayaraq Fərman Cabarov yenə də insanları aldatmaqdan, onların pulunu alıb fırıldaqlıqla mənimsəməsindən əl çəkmir.

 

Beləki, F.Cabbarov Ağbulaq kəndindən 32 nəfərdən dələduzluq yolu ilə pul almışdır və buna görə də həmin şəxslər məhkəmə zamanı da F.Cabbarovun üzünə elədiklərini demişlər. Mişni kəndindən Əzimov Şakirdən 8500 manat pulu dələduzluq yoluyla alıb ki, guya təqaüd düzəldəcək. Alxaslı kəndindən Hadıyev Şavağat Müzəfər oğlundan və qeyrilərindən külli miqdarda pul alaraq dələduzluq etmişdir.

 

F.Cabbarovun atası Baloğlan Cabbarov Laçın rayonunun Qarakeçdi kəndində çörək sexinin müdiri vəzifəsində işləyərkən bir qayda olaraq hər il yeyintiyə yol verdiyi üçün Qarakeçdi camaatı pul yığaraq onun borclarını ödəmişlər və hal-hazırda estafet oğula keçmişdir.

 

Çünki indi təkcə Qarakeçdi camaatı deyil, Laçınlılar pul yığaraq Fərman Cbbarovun insanlara dələduzluq yolu ilə aldadıb atdığı pulları ödəyirlər. Hazırda bu ailəni camaat xeyir-şərlərinə belə, buraxmırlar. Ağcabədi rayon sakini Həsənova Arzu Həsən qızını külli miqdarda aldadıb pulunu mənimsəyərək dələduzluq etmiş, o da yuxarı orqanlara dəfələrlə yazılı müraciətlər etmişdir.

 

F.Cabbarov başının dəstəsilə insanların səsini yazaraq təhdid yolu ilə rekertlik ederək, insanlardan pul tələb edir, vermək isətəməyənləri isə şanaj edir. F.Cabbarov rayonumuzun ziyalı ağsaqqallarından biri olan Musa Musayevi yenə də əvvəlk, kimi şantaj edərək pul tələb etmiş Musa Musayev, ona pul vermədiyi üçün onu şantaj edir, haqqında doğru olmayan yazılar yazır.

 

F.Cabbarov syıtlarda yazır ki, başçı məni Musa Musayevə görə iki iş yerində işlədir. Əslində, bu belə deyil, Fərmanın atası Başçının yanına gedərək, Fərmanın ailələrini borcları ödəyə bilmədiyini bildirərək kömək olunmasını xahiş etmişdir. Başçımız Akif Səlimovda onların bu vəziyyətini nəzərə alaraq ona müvvəqqəti olaraq ikinci iş yerində işləməsinə köməklik etmişdir.

 

Ancaq həmin işdə işləyən şəxs analıq məzuniyyətindən qayıtdıqdan sonra öz işinə bərpa olunmuşdur. Bunu görən F.Cabbarov Hörmətli başçımız Akif Səlimovu və rayonumuzun digər ziyalı ağsaqqallarını təhdid və şantaj edərək sayıtlarda həqiqətə uyğun olmayan yazılar dərc etdirir.

 

Bu insan yuxarı orqanlara müraciət edərək ermənistana keçmək istədiyini, utanmadan açıqca yazmışdır. Bundan başqa bu insan qanuni kəbinli arvadından başqa, Ağcabədi rayonunda “həyat kadını” ilə yaşayır, ondan da iki qız övladı vardır.

 

Bu da həmin şəxsin hansı əxlaqa malik olmasının açıq nümünəsidir.

Hazırda F.Cabbarov Qarakeçdi kənd sakini Zöhrab kişidən 2500 manat aldadaraq pul almışdır ki, uşaqlarına iş düzəldəcəkdir. Həmçinin Zöhrab kişinin şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsini də almışdır.

 

Qarakeçdi kənd sakini Rüstəmov Əsədulla Araz oğlundan 1200 manat pul almışdır ki, ona təqaüd düzəldəcək.

Qarakeçdi kənd sakini Atakişiyev Ağaşirinin oğlundan 1000 manat pu,l aldadıb alıb ki, işıq idarəsində iş düzəldəcək. Ancaq bütün bunlar Fərmanın yeni dələduzluq oyununun qurbanlarıdırlar.

 

“120 nəfər Laçın ziyalıları adından”

 

P.S. Qərəzsiz və tərəfsiz KİV-si olaraq məqsədimiz Laçın rayonunun, Qarabağın bir qrup ziyalısının imzası ilə daxil olmuş müraciəti dərc etməklə tərəfsizliyimizi qoruduğumuzu bəyan edirik.

 

Eyni zamanda Abdulla Öcalanın və Fətulla Gülənin, qorxulu PKK və Nurçuluq zəhərindən başları dumanlanmış Fərman və onun əlaltısı Əliqulu İbrahimovun şərəşur əməllərini Laçınlılar pisləyirlər (onu da qeyd etmək istəyirik ki, Laçınlılar arasında bu şəxslər çox pis reputasiyaya malikdirlər).

 

Bir məqamı diqqətinizə çatdırmağı lazım bilirik ki, bu gün müraciətlərini dərc etdiyimiz insanlar bu xalqın vətən nisgili yaşayan, torpaqları erməni yağıları tərəfindən işğal edilmiş kəsiminə mənsubdurlar.

 

Onlara diqqət və qayğı göstərmək, nəinki tribuna olaraq çıxışlarına şərait yaratmaq, hətta başqa problemlərinə də yardımçı olmaq hər birimizin insanlıq, mənəvi borcumuzdur. Bu gün işğal altında olan, Qartal hünərli oğulları ilə həmişə dillər əzbəri olmuş Laçına bir gün qayıdacağımıza inanırıq. Amin!

COMMENTS