Akif Süleymanov və 3 milyonun taleyi

Akif Süleymanov və 3 milyonun taleyi

rek.jpg

Ötən yazılarımızda Azərbaycan Texnologiya Universitetin rektoru Akif Süleymanovun özbaşınalığlarından oxucularımıza kifayət qədər məlumat vermişdik. Dosye.org-ın əldə etdiyi məlumatlarda o da vurğulanırdı ki,  fakt tam sübüta yetirilərsə Akif Süleymanovun həbsi reallaşacaq. Araşdırmalar davam etdiyi üçün bəzi informasiyaları yayımlamırıq.

Səbəb isə rektorun universitetdə saxta fəaliyyəti  ilə bağlı olsa da, sonradan daha tutarlı iddialar irəli sürüldü. Mənbə iddia edir ki, Akif Süleymanov 3 milyon mənimsiyərək xəstə adı altında ölkə tərk edib. Universitetin daxilindən sızan məlumatlara görə Maliyyə Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin aşkarladıqları qanun pozuntuları Akif Süleymanovun gələcək fəaliyyətini sual altına alır.

Elə bu səbəbdən Akif Süleymanov Türkiyədə müalicə olunduğu barədə sənət göndərməklə məsüliyətdən yayınır. Rektora yaxın mənbə iddia edir ki, Akif Süleymanov hələ bir müddət Türkiyədə qalmalı olacaq. Görünür, rektora Təhsil Nazirliyindən  də “yardım əli” uzatmaq belə maraqlandırmır. Akif Süleymanovun mənimsədiyi milyonlar, tələbələrin təhsil haqqı və nəhayət xadimə işləyənlərin əmək haqlarına  göz dikməsi böyük tamahkarlıqdan irəli gəlir.

Əldə etdiyimiz son məlumatlara görə Azərbaycan Texnologiya Universitetin rektoru Akif Süleymanov çıxış yolu aramaq üçün maşın bağışladığı məmurdan kömək umur. Digər bir məlumat da bildirilir ki, rektor əvəzi Röşən Əliyev artıq üzərinə götürdüyü vəzifədən imtina etmək məcburiyətindədir.  Məsələ ilə bağlı  növbəti yazılarımızda Təhsil naziri Mikayıl Cabbarovun də mövqeyini dinləməyə çalışacayıq.

Bizi izləməyi unitmayın..

COMMENTS