Akif Süleymanovu bitirəcək fakt: “Əli Abbasov mənimlə…”- YENİLƏNİR

Akif Süleymanovu bitirəcək fakt: “Əli Abbasov mənimlə…”- YENİLƏNİR

texo.jpg

“Rabitə və Texnologiya Naziri Əli Abbasovun vəzifədən azad edilməsi bir çoxları üçün də vəzifəyə “əlvida”  deyəcək gün uzaqda deyil”

Bu barədə dosye.org-a məlumat verən mənbə iddia edir ki, Texnologiya Universitetin rektoru Akif Süleymanov artıq taleyi ilə barışıb. Xatırlayırsınıza ötən yazılarımızda Gəncə ŞİH-nın başçısı Elmar Vəliyevin hərəkətə keçdiyi haqda məlumat vermişdik. Lakin qarşı tərəf istər icra hakimiyyətindən, istərsədə universitet rektorundan heç bir açıqlama verilmədi. Əksinə, rektora qarşı iddialar daha da artır. Akif Süleymanov ətrafında gəzən söz-söhbətlər təsdiqini taparsa onunda həbsi qaçılmazdır.

Bir daha nəzərinizə çatdıraq ki, Texnologiya Universitetin rektoru Akif Süleymanovun arxalandığı məmur və özünün dediyi kimi “Əli Abbasov mənimlə bir sinifdə oxuyub” kəlməsi bütün məsələlərə aydınlıq gətirdi. Bir sözlə,  Təhsil Naziri Mikayıl Cabbarova maşın hədiyyə etdiyinidə dilə gətirən Akif Süleymanov məsələni yenidən gündəmə gətirdi.

Akif Süleymanov rektor olaraq universitetdə misli görünməyən biabırçılıq ilə yaddaşlarda həkk edildi. Bu barədə ölkə mətbuatında kifayət qədər məlumatlar yayımlandı. Yuxarıların “siqnalından” sonra rektor hərəkətə keçərək sosial şəbəkələrdən ona yaraşmayan yazıları sildirməylə kifayətləndi.

Bu gündə dosye.org-a Texnologiya Universitetində baş verən xoşagəlməz hadisələrlə bağlı məlumatlar durmadan daxil olur. Etik normaları və KİV-nin qanunlarını əsas tutaraq iyrəc məlumatları yayımlamaqdan vaz keçirik. Lakin universitetdə yaşanan bəzi məlumatları ixtiyarınıza verməklə araşdırmalarımızıda davam etdiririk.

Fakt üçün bildirək ki, “ƏliAbbasov” faktoru Akif Süleymanov üçün son mərhələ olacaq. Fürsətdən istifadə edib universitetdə mənimsədiyi dövlət vəsaitinin haqq-hesab  günü yaxınlaşır. Bəli, Akif Süleymanov “Qanun şahdır, şah qanun deyil” prinsipini hələ bundan sonrada anlamayacaq. İnanırıq ki, aidiyyətli qurumlar və Baş Prokurorluq Texnologiya Universitetin rektoru Akif Süleymanovun fəaliyyətini araşdıracaq. Mövzüya yenidən qayıdacayıq..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

P.S. Əldə etdiyimiz son məlumatlara inansaq, Akif Süleymanovun mənimsədiyi 3 milyon manata aydınlıq gətirilib. Belə ki, rektoru böyük bəladan xilas edən məhz Əli Abbasov olduğu bildirilir. Elə bu səbəbdən A. Süleymanov Ə. Abbasova minnətdar olmalıdır. 

COMMENTS