Aktrisa evindən oğurluq edən dayəni qovub

Aktrisa evindən oğurluq edən dayəni qovub

Rejissor Fuad Əlişovun həyat yoldaşı, aktrisa Sevinc Əlişova evindən oğurluq edən dayəni qovub.

Üç uşaq anası olan aktrisa “Yeri gəlmişkən” verilişinə açıqlamasında bu günə kimi səkkiz dayə dəyişdiyini deyib: “Hamilə olanda deyirdim mənə dayə lazım deyil, uşaqlara özüm baxacam. Amma əkizlərim dünyaya gəldikdən sonra gördüm ki, asan deyil. Tez-tez dayələri dəyişirəm. Onları evdən oğurluq etdikləri, məsuliyyətsizlikləri, pintiliklərinə görə işdən çıxarmışam. Bir dayənin bir neçə mənfi cəhəti olub. Bunlara göz yuma bilmirdim. Hazırda yeni dayəmiz var. Daha doğrusu, köməkçimiz. Azərbaycanda peşəkar dayə yoxdur. Heç kim məndən inciməsin”. (axşam.az)

COMMENTS